Son yeniləmə: 16 Oktyabr 2024 10:00
BAYRAQDAR MEDİA – Oktyabrın 15-də Bakıda Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin, Türkiyənin Sürücülük Təhsili İş Verənləri Həmkarlar İttifaqının, İstanbul Türkiyə-Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə “Türk dünyasında sürücülük təhsili” adlı beynəlxalq konfrans keçirilib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, konfransda Azərbaycan-Kuzey Kıbrıs parlamentlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev, Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Böyük Millət Məclisinin təhsil komitəsinin sədri Mahmut Özər, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kıbrıs parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, KKTC Nəqliyyat Nazirliyinin əməkdaşları və Azərbaycanda sürücülük təhsili sahəsində xidmət göstərən məktəblərin təmsilçiləri iştirak ediblər.