Press "Enter" to skip to content

401 mindən çox vətəndaş qəbul edilib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 16 Oktyabr 2024 13:03

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 401 min 203 nəfər vətəndaş qəbul edilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, “onların 147 min 595-i pensiya, 96 min 853-ü müavinət, 13 min 716-sı Prezident təqaüdü, 102 min 711-i ünvanlı dövlət sosial yardımı, 10 min 350-si fərdi uçot və sosial sığorta, 2 min 577-si dövlət icbari şəxsi sığorta və 27 401-i isə digər istiqamətlərlə bağlı olub”.

Mission News Theme by Compete Themes.