Press "Enter" to skip to content

Zəlzələ mütəxəssisindən qorxudan xəbərdarlıq

Prof.Dr. Övgün Ahmet Ercan

Son yeniləmə: 15 Oktyabr 2024 11:51

BAYRAQDAR MEDİA – Oktyabrın 13-də səhər saatlarında Afyonkarahisarın mərkəzində səhər saatlarında baş verən 4,4 bal gücündə zəlzələ ciddi narahatlığa səbəb oub.

Daha doğrusu zəlzələdən sonra geofizika mütəxəssisi Prof.Dr. Övgün Ahmet Ercanın etdiyi xəbərdarlıq insanlar arasında birmənalı qarşılanmayıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Sinanpaşada saat 03.14-də baş verən zəlzələdən sonra Prof. Dr. Övgün Ahmet Ercan bölgədə 7,2 bal gücündə zəlzələ potensialının olduğunu bildirib: “Prof. Dr. Ercan, sosial media hesabındakı paylaşımında, “Afyon-Sinanpaşa zəlzələsi diqqətalınacaq bir hadisədir. Möhkəm zəmində möhkəm konstruksiyalar olmalıdır” deyib”.

Vurğulanıb ki, vətəndaşlar diqqətli olmalı, lazımi ehtiyat tədbirləri görməlidirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.