Press "Enter" to skip to content

“Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək

Son yeniləmə: 15 Oktyabr 2024 11:52

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya “İRƏLİ” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “festival 15-16 oktyabr tarixlərində olacaq. Festival çərçivəsində 15 oktyabr tarixində Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda ictimai müzakirə keçiriləcək. 16 oktyabr tarixində Beynəlxalq Muğam Mərkəzində festivala təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq. Tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə məxsus müxtəlif kulinariya nümunələri sərgilənəcək. Tamaşaçılara ədəbi-bədii proqram təqdim ediləcək”.

Məlumata görə, “Qərbi Azərbaycan mədəniyyəti” festivalının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini düzgün və ətraflı şəkildə çatdırmaqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.