Son yeniləmə: 15 Oktyabr 2024 11:04
BAYRAQDAR MEDİA – KKTC-də parlament sədri seçkiləri ilə bağlı gərginlik davam edir. Zorlu Törünin sədr seçilmək üçün lazı olduğu qədər səs toplaya bilməməsi UBP-ni yenidən toplanmağa məcbur edib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Bildirilib ki, “UBP MYK və PM görüşlərindən sonra hakim partiya parlament sədrliyinə yeni namizədin müəyyən edilməsinə qərar verib.
Məlumata görə, partiya məclisi oktyabrın 17-də toplanaraq yeni namizədi müəyyən edəcək.