Son yeniləmə: 15 Oktyabr 2024 11:51
BAYRAQDAR MEDİA – Sosial layihələrə xüsusi önəmlə yanaşan “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir. Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxsləringələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək: “Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlaraƏlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək. Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan “Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib gəlmişdir. “Nar” bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraquzun illərdir ki, “Təlim Məktəbi” layihəsini davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz”.