Press "Enter" to skip to content

Kütahyada Kazan xanlığının işğalı ilə bağlı konfrans keçiriləcək

Son yeniləmə: 15 Oktyabr 2024 10:01

BAYRAQDAR MEDİA – Kazan xanlığının Rusiya tərəfindən işğalının bu il 472-ci ildönümüdür. Bununla bağlı konfrans keçiriləcək.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “oktyabrın 15-də keçiriləcək konfransda türk dünyasının ilk böyük itkisi və məğlubiyyəti kimi tarixə düşən işğaldan bəhs ediləcək. Kütahya Dumlupınar Universitetinin müəllimi, yazıçı Prof. Dr. Altay Tayfun Özcanın məruzəçi olduğu konfrans “472-ci ildə Kazan xanlığının işğalı və Kazan şəhidləri” başlığı ilə keçiriləcək.
Məlumata görə, konfrans saat 19.30-da Kütahya İl Mədəniyyət və Turizm Müdirliyi Əlyazmalar Kitabxanası Salonunda keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.