Press "Enter" to skip to content

Doqquz ayda 37 milyard kubmetrdən çox qaz hasil edilib

Son yeniləmə: 15 Oktyabr 2024 11:50

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda 37,1 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qazın 9,8milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”,1,1milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən1,1milyard kubmetr artımla qaz hasil edilib. Bu dövrdə xaricə qaz satışı 18,4milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Avropaya 9,4 milyard kubmetr, Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə1,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,2 milyard kubmetr qaz nəql olunub”.

Məlumata görə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01oktyabr2024-cü il tarixinədək 644,8 milyon tonneft (qaz kondensatı ilə birlikdə), 455,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 597,2milyon ton neft,226,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,6 milyon tona yaxın kondensat, 229,5 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01 oktyabr 2024-cü il tarixinədək 642,9 milyon ton neft (kondensatla birlikdə) və 163,9 milyard kubmetr qaz ixraca nəql edilib.

Mission News Theme by Compete Themes.