Son yeniləmə: 15 Oktyabr 2024 11:50
BAYRAQDAR MEDİA – Denizlidə, Serinhisar Cümhuriyyət Xalq Partiyası (CHP) İlçe təşkilatında istefa zəlzələsi yaşanıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Bələdiyyə Məclisinin üzvləri Ercan Usta və Ramazan Dağlı da daxil olmaqla 37 partiya üzvü bələdiyyə sədri Osman Kılıçla fikir ayrılığı olduğu səbəbilə partiyalarından istefa verib. CHP Serinhisar İlçe sədri Ramazan Ekiz istefaları təsdiqləyib və partiya daxilində fikir ayrılıqlarının artdığını bildirib”.
Məlumata əsasən, Serinhisar rayon təşkilatındakı bu istefa dalğasının partiyanın yerli siyasətdəki gücünə necə təsir edəcəyi maraq doğurur: “CHP Serinhisar İlçe sədri Ramazan Ekiz partiya daxilindəki parçalanmanın rayon təşkilatını zəiflədə biləcəyini ifadə edib. O, “bu istefalar partiyamızı sarsıdıb. Bununla belə, biz işimizi davam etdirəcəyik” deyib.