Press "Enter" to skip to content

Bu dəfə Xaçmazda

Son yeniləmə: 15 Oktyabr 2024 11:49

BAYRAQDAR MEDİA – 25-27 oktyabr tarixlərində Xaçmaz şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləriistehsal etdikləriməhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Xaçmaz və ətraf bölgələrdən olan KOB subyektləri oktyabrın 22-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Xaçmaz” qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.