Press "Enter" to skip to content

Birləşmiş İraq Türkmən Cəbhəsindən etiraz

Son yeniləmə: 15 Oktyabr 2024 11:55

BAYRAQDAR MEDİA – Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı Yavuz Həmidin Kərkük Vilayət Məclisində qubernatorun birinci müavini seçilməsinə sərt reaksiya verib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, Cəbhənin yaydığı bəyanatda Y.Həmidin Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısının tövsiyə etdiyi namizəd olmadığı və bu seçkinin türkmən xalqının iradəsini heçə sayan bir addım olduğu bildirilib: “Bəyanatda bu seçkinin Kərkükdə türkmənlər arasında sülh və birgəyaşayış ruhuna böyük zərbə olduğu və qanunun açıq şəkildə pozulduğu vurğulanıb. Türkmənlərə ayrılmış bu mühüm vəzifənin türkmənlərin iradəsindən kənar kiminsə tərəfindən doldurulmasının qəbuledilməz olduğu bildirilib”.

Məlumatda deyilir ki, Əyalət şurasının qərarını tənqid edən Birləşmiş İraq Türkmən Cəbhəsinin Siyahısı aşağıdakıları bəyan edib: “Bu seçki türkmənlərin şəhid verdiyi bir davaya və xalqın iradəsinə məhəl qoymamaq üçündür. Tarix bu xəyanəti bağışlamayacaq”.

Mission News Theme by Compete Themes.