Press "Enter" to skip to content

Türk dünyası ilə bağlı daha bir konfrans

Son yeniləmə: 14 Oktyabr 2024 15:18

BAYRAQDAR MEDİA – Azərbaycanın paytaxtı Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti, Türkiyənin Sürücülük Təhsili iş Verənləri Həmkarlar İttifaqı, İstanbul Türkiyə Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı, həmçinin Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə “Türk Dünyasında Sürücülük Təhsili” adlı beynəlxalq konfrans keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, “tədbirin əsas məqsədi Türk Dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyini yaradılmasına kömək etməkdir. Sürücülük təhsili sahəsinda tətbiq olunan dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusi ilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılmasıdır. Sürücülük məktəblərinin müəllim və rəhbərlərinin bir araya gələcəyi konfrans, 15 oktyabr 2024-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcəkdir”.

Məlumata əsasən “tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Millət Məclisinin təhsil komitəsinin sədri, millət vəkili Mahmut Özer, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kıbrıs parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Erdem, Türkiyə təhsil nazirliyinin aidiyyatı departamentlərinin rəhbərləri, Kuzey Kıbrıs Cümhurbaşqanının müşaviri Muslu Akgüney, KKTC-nin Nəqliyyat nazirliyinin əməkdaşları, Türkiyə və Kuzey Kıbrısdan sürücülük təhsili verən məktəblərin 100-ə yaxın rəhbər və müəllim heyyəti qatılacaqlar. Tədbirdə ölkəmizdə sürücülük təhsili sahəsində xidmət gösdərən məktəblərin də təmsilçiləri iştrak edəcəkdir”.

Mission News Theme by Compete Themes.