Son yeniləmə: 15 Oktyabr 2024 17:53
BAYRAQDAR MEDİA – Quba İş Adamlarına Dəstək (QİAD) platforması regionda önəmli addımlar atmaqda iddialıdır. Bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşdə bəyan edilib.
QİAD-dan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə qurumun üzvləri iştirak edib: “Görüş zamanı “QİAD”-ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında RİH başçısına məlumat verilib. Daha sonra regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan vermək, yerli iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda bölgəyə investisiyaların cəlb olunmasının qarşımızda duran vacib prioritetlərdən biri olduğu bildirilib”.
Məlumata görə, İlqar Mahmudov oktyabrn 25-də Qubada keçiriləcək “Sahibkarlarla görüş” tədbirinin əhəmiyyətini vurğulayıb: “İcra Hakimiyyətinin başçısı “QİAD”-ın gələcək fəaliyyətində mümkün dəstəyini əsirgəməyəcəyini də bildirib”.