Son yeniləmə: 14 Oktyabr 2024 07:56
BAYRAQDAR MEDİA – Ermənistanın prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Bəyanatda bildirilir ki, “Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir”.
Bəyanatda, daha sonra bildirilir: “Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”.