Son yeniləmə: 14 Oktyabr 2024 11:00
BAYRAQDAR MEDİA – KKTC parlamenti oktyabrın 14-də yenidən toplanacaq.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Bildirilib ki, parlamentin 2-ci sessiyasının 5-ci iclası keçiriləcək: “İkinci iclas başa çatmadığı üçün parlament eyni gündəmlə, yəni spiker seçkiləri ilə toplanacaq. TAK müxbirinin parlamentin Baş katibi Seral Fıratdan aldığı məlumata görə, iclasın yerli vaxtla saat 10.30 radələrində toplanacağı gözlənilir”.
S.Fırat parlamentdəki siyasi partiyaların spikerin seçilməsi ilə bağlı veriləcəyi gözlənilən Baş Prokurorun rəyini gözlədiklərini bildirib.