Son yeniləmə: 14 Oktyabr 2024 07:55
BAYRAQDAR MEDİA –Cümhurbaşqanı Ersin Tatar Nyu Yorka getmək üçün oktyabırn 14-də səhər KKTC-dən ayrılacaq.
Bu barədə kibrishakikat.com saytı saytı məlumat yayıb.
Bildirilib ki, “Ersin Tatar, oktyabırn 15-də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibinin ev sahibliyi ilə qeyri-rəsmi şam yeməyində Kıbrısın rum lideri Nikos Hristodulides ilə görüşəcək. Qeyri-rəsmi şam yeməyində hər hansı bir gündəm olmayacaq və iki lider sosial mühitdə fikir mübadiləsi aparacaq”.
Məlumata əsasən, Ersin Tatar Nyu Yorkdakı təmaslarından əvvəl Ercan Hava Limanında mətbuata açıqlama verəcək.