Son yeniləmə: 14 Oktyabr 2024 07:55
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatarın “Adanadan qalxan F-16-lar 5 dəqiqəyə Kıbrısa çatacaq” açıqlaması yunan və rum tərəflərində geniş əks-səda doğurub.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Məlumata görə, E.Tatar “ABŞ və Böyük Britaniya Güney Kıbrıs Rum Administrasiyasında baza yaradır. Türkiyənin KKTC-də baza qurması ilə bağlı hər hansı narahatlığınız varmı?” sualına belə cavab verib: “Biz özümüzü Türkiyədən ayrı görmürük. Əgər belə bir ehtiyac varsa, Türkiyə Silahlı Qüvvələri belə bir ehtiyac aşkar edərsə, biz nə lazımdırsa edəcəyik. Ancaq bizim də bir üstünlüyümüz var; Adanadan qalxan F-16-lar 5 dəqiqəyə Kıbrısa çatır”.
Məlumatda deyilir ki, Yunan və rum mətbuatı öz manşetlərində KKTC Cümhurbaşqanı Ersin Tatarın açıqlamalarına geniş yer verib.