Son yeniləmə: 14 Oktyabr 2024 15:22
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, bu ilin 9 ayı ərzində respublikada 21,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktaybrən 14-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “neft hasilatının 12,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,1 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,4 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 5,6 milyon ton təşkil edib”.
Məlumata görə, 9 ayda 17,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub: “Bunun 15,6 milyon tonu konsorsiumun, 2,3milyontonuisə SOCAR-ın payına düşüb. Hesabat dövründə ölkədə neft emalı5 milyon ton təşkil edib. Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 78,7 min ton olub. Bunun 65,0 min tonunu xam neft, 13,7 min tonunu qaz kondensatı təşkil edib”.