Son yeniləmə: 14 Oktyabr 2024 15:30
BAYRAQDAR MEDİA – “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etmiş 16 KOB subyektinin müraciətinə baxılıb. Onlardan 10-na müvafiq sənədin verilməsi barədə Ekspertlər Şurasının rəyinə əsasən qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 174-ə çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “Startap” şəhadətnamələri “Seaya” MMC-nin fərdi evlərin və otellərin rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması və s. layihələr üçün təqdim edilib.
Məlumata görə, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir: “Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:https://smb.gov.az/az/nav/startap-sehadetnamesi”