Son yeniləmə: 14 Oktyabr 2024 07:58
BAYRAQDAR MEDİA – NATO ölkələrinin müdafiə nazirləri oktyabrın 17-18-də Brüsseldə keçiriləcək görüş üçün bir araya gələcək.
Türkgün Gazetesi xəbr verir ki, bu mühüm görüşdə daha bir əlamətdar addım da Yaponiyadan atılıb.
Məlumata görə, Yaponiya hökuməti ilk dəfə olaraq NATO toplantısına nazir göndərmək qərarına gəlib: “Hind-Sakit okean hövzəsində artan təhdidlər səbəbindən Yaponiya Avro-Atlantik mərkəzli NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq etməyi hədəfləyir. Yaponiyanın müdafiə naziri Nakatani Gen keçirdiyi mətbuat konfransında gələn həftə NATO və G7 çərçivəsində həmkarları ilə görüşəcəyini açıqlayıb”.
Məlumata görə, Nakatani Gen 16-21 oktyabr tarixləri arasında Avropa turnesinə çıxacağını və “həmfikir ölkələrlə əlaqələri gücləndirməyi” hədəflədiyini bildirib: “NHK dövlət televiziyasının məlumatına görə, Brüsseldə keçiriləcək görüşdə Nakataninin Çinin regionda artan təsirinə qarşı NATO həmkarları ilə əməkdaşlıq imkanlarını dəyərləndirməsi gözlənilir. Bundan əlavə, o, Avropaya səfəri zamanı britaniyalı və italiyalı həmkarları ilə üç ölkənin birgə hazırladığı yeni nəsil döyüş təyyarəsi layihəsinin son vəziyyətini müzakirə edəcək”.