Press "Enter" to skip to content

Böyük Qayıdış proqramı çərçivəsində işlər davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 14 Oktyabr 2024 15:32

İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır

BAYRAQDAR MEDİA – Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır. Sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər arasındadır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı keçirilən infosessiyada bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunmasının başlıca vəzifələrdən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə əlavə tədbirlərin icrası həmin ərazilərdə məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək”.

Məlumata görə, infosessiyada həmçinin özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib: “Klasterlərin yaradılmasında məqsəd vətəndaşlar üçün zəruri olan xidmətlərin eyni məkanda cəmlənməsi, gəlirliliyə müsbət təsir etməsi və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır. Özünüməşğulluq proqramının istehsalat və xidmət zərfləri üzrə monitorinqlərin rəqəmsal və elektron müstəviyə keçirilməsi təklifi də nəzərdən keçirilib. Bu elektronlaşdırmanın idarəetmənin optimallaşdırılmasına, əməkdaşların iş yükünün azaldılmasına, monitorinq proseslərində effektiv, innovativ və data əsaslı hesabatlığın təmin olunmasına imkan verəcəyi qeyd edilib. İnfosessiyada Agentlik tərəfindən görülən işlər və qarşıda duran digər hədəflər müzakirə olunub”.

Mission News Theme by Compete Themes.