Press "Enter" to skip to content

47 xarici tələbə Azərbaycanda təhsil alacaq

Azərbaycanda oxu

BAYRAQDAR MEDİA – 2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə qeyd edilir ki, “36 nəfər Çin vətəndaşı, 5 nəfər Qazaxıstan vətəndaşı, 4 nəfər Tacikistan vətəndaşı, 1 nəfər Serbiya vətəndaşı və 1 nəfər Rumıniya vətəndaşı Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir”.

Sonra xəbərdə, “əcnəbi tələbələr Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU), Azərbaycan Tibb Universiteti (ATU), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar” deyə bildirilir.

Qeyd edək ki, Azərbaycanda təhsil xarici ölkə vətəndaşları üçün “Study in Azerbaijan” ilə daha əlçatandır.

Mission News Theme by Compete Themes.