Press "Enter" to skip to content

14 xarici tələbə BDU-nu seçdi

Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – 2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunan 47 xarici tələbədən 14-ü Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “onlardan 11 nəfəri Çin, 1-i Serbiya, 1-i Tacikistan, 1-i Rumıniya vətəndaşıdır. Xarici tələbələr BDU-nun “Beynəlxalq münasibətlər”, “Jurnalistika”, “Sosial iş”, “Regionşünaslıq”, “Filologiya”, “Ekologiya”, “Riyaziyyat” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.