Son yeniləmə: 11 Oktyabr 2024 12:02
BAYRAQDAR MEDİA – Bolqarıstanda “Nova” TV-yə danışan Milli Yoluxucu və Parazitar Xəstəliklər Mərkəzinin sabiq direktoru Prof. Todor Kantarciev insanları ciddi şəkildə düşündürəcək məqamlara toxunub.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, professor “Covid-19 var. Hazırda virus yüngül formadadır və bir neçə gün davam edir. İmmun çatışmazlığı olan insanlar və yaşlılar daha diqqətli olmalıdırlar” deyə xəbərdarlıq edib.
T.Kantarciev, həmçinin “Hazırda digər viruslarla da xəstə olan çoxlu insan var. Bir neçə şeyə diqqət yetirməliyik – maskalar taxın və çox sayda insan toplaşdıqda qapalı yerləri havalandırın” deyib.
O, qripin noyabrda gözlənildiyini və dekabrda epidemiya kimi yayılacağını bildirib. Mütəxəssis həkimlə məsləhətləşmənin vacibliyini vurğulayaraq, zəruri hallarda virus əleyhinə dərmanların qəbulunu tövsiyə edib.