Son yeniləmə: 11 Oktyabr 2024 08:14
BAYRAQDAR MEDİA – İctimai təşkilatlar arasında səmərəli fəaliyyəti ilə seçilən Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi daha bir addım atıb.
İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Aztəminatlı ailələrə hüquq yardım” layihəsini həyata keçirib.
İctimai Birlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, layihə çərçivəsində təşkilatın hüquqşünasları ucqar rayonlarda aztəminatl ailələrə, xüsusən qadınlara ödənişsiz hüquqi yardım göstəriblər.
Məlumatda, həmçinin “Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi bu tövsiyyələrin müzakirəsi və bütün maraqlı tərəflərin fikirlərinin səsləndirilməsi, ideyalar mübadiləsi aparılması və fərqli baxışları cəmləşdirən təkliflər hazırlanması məqsədilə ictimai müzakirə təşkil edir. İctimai müzakirə oktyabrın 11-də Azərbaycan Milli QHT Forumunun Konfrans zalında keçiriləcək” deyə qeyd edilib.