BAYRAQDAR MEDİA – Təbrizdə sərnişin təyyarəsində “xoş gəldin” ifadəsi panfarsları özündən çıxarıb. Doğu Azərbaycana məxsus “Ata” aviaşirkətinin təyyarəsində sərnişinlərin türk dilind salamlanmasına etiraz edilib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, məsələ ilə bağlı iranlı sosial media fəalı Əmir Seyyidin X hesabında paylaşım edərək öz etirazını belə ifadə edib: ““Ata” aviaşirkətinin 5056 nömrəli Tehran-Təbriz reysində təyyarə bələdçisi sərnişinlərə “xoş gəldin” deyib. Bununla maraqlandım və iki həftədir belə olduğunu dedilər. Bilmirəm, İranın rəsmi dövlət dili dəyişib, yoxsa “Ata” hava yolları şirkətinin rəhbərliyinə separatçılar gətirilib”.