Press "Enter" to skip to content

“Euronews” nümayəndə heyəti ilə görüş

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – Oktyabrın 10-da Mədəniyyət Nazirliyində “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib. O deyib ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir. Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub”.

Daha sonra xəbərdə, “Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb. P.David səmimi qəbula görə təşəkkürünü bildirib, telekanalın Mədəniyyət Nazirliyi ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə inandığını deyib” deyə qeyd edilir.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Mission News Theme by Compete Themes.