Press "Enter" to skip to content

Bu, kifayət qədər vacib və təqdirəlayiq məqamdır

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 11 Oktyabr 2024 15:37

Vüqar Bayramov: Artıq Azərbaycan da daxil olmaqla bir sıra TDT ölkələri müdafiə sənayesi məhsullarının ixracını həyata keçirir

BAYRAQDAR MEDİA – “Müdafiə sənayesinin inkişafı türk dövlətlərində, o cümlədən Azərbaycanda prioritet məsələlərdən biridir. Nəzərə alaq ki, təkcə 2024-cü ildə Azərbaycan müdafiə sənayesinə bir milyard manata yaxın investisiya qoyuluşu həyata keçirəcək”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda müdafiə sənayesinə investisiya qoyuluşunun artması ilə yanaşı türk dövlətləri arasında bu sahədə qarşılıqlı əməkdaşlığın genişlənməsi, yeni əməkdaşlıqların qurulması da müşahidə olunur: “Bu da təbii ki, nəticə etibarilə müdafiə sənayesi sektorunun genişlənməsinə və inkişafına gətirib çıxarır. Yəni söhbət Türk Dövlətləri Təşkilatı (TDT) regionundan gedir”.

Millət vəkili bildirib ki, bu vacib məqamdır: “Çünki əvvəla qlobal və regional risklər qalmaqdadır. Digər tərəfdən türk dövlətlərinin müdafiə sənayesi məhsullarının idxalından asılılığını azatmaq gələcəkdə isə ümumiyyətlə bu asılılıqdan qurtulmaq vacibdir”.

Vüqar Bayramovun sözlərinə görə, qısa vaxt ərzində bu sahədə müəyyən uğurlar da əldə edilib: “Belə ki, artıq Azərbaycan da daxil olmaqla bir sıra TDT ölkələri müdafiə sənayesi məhsullarının ixracını həyata keçirir. Bu kifayət qədər vacib və təqdirəlayiq məqamdır. Bu, həm də ondan xəbər verir ki, uzun müddət ərzində müdafiə sənayesi məhsullarını idxal edən türk dövlətləri artıq idxalçı ölkədən ixracçı ölkəyə çevrilib. Bəhs edilən məqam isə həmin ölkələrin həm müdafiə sənayesi baxımından güclənməsi, həm də öz büdcələrinə əlavə kapitalın cəlb edilməsi deməkdir”.

Mission News Theme by Compete Themes.