Press "Enter" to skip to content

Beynəlxalq Əczaçı Günü ilə bağlı tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Oktyabrın 10-da Bulvar hoteldə “Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçı Gününə həsr edilmiş Respublika əczaçılarının 5-ci ümumrespublika konfransı keçirilib.

Tədbirdə dövlət qurumlarının səlahiyyətli nümayəndələri, özəl sektorun aparıcı şirkətləri, həmçinin əczaçılar və həkimlər iştirak edib.

“Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatovun rəhbəri olduğu Birliyin fəaliyyəti haqqında açılış nitqindən sonra çıxış edənlər – millət vəkili Müşfiq Məmmədli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Validə Sadıxova və digərləri Beynəlxalq Əczaçılar Günü, əczaçılıq peşəsi haqqında fikirlərini bildiriblər. Çıxışçılar eləcə də “Əczaçılar Klubu” İctimai Birliyinin fəaliyyətinə uğur diləyiblər.

Tədbirdən görüntü
Tədbirdən görüntü

Konfransdan sonra Ş.Bunyatov fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Biz bu konfransa uzun müddət idi hazırlaşırdıq. Çünki konfransda həm də bizim İctimai Birliyin 5 illik fəaliyyətini əks etdirən hesabatımız təqdim olundu. Gələn qonaqlarımızın, həmçinin çıxış edənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Eləcə də ünvanımıza səsləndirilən xoş sözlərə görə də minnətdaram və bir daha bütün əczaçıların Beynəlxalq Əczaçılar Gününü təbrik edirəm”.

Qeyd edək ki, konfransda “Əczaçılar Klubu” İctimai Birliyinin 5 illik fəaliyyətini əks etdirən video nümayiş olunub.

Mission News Theme by Compete Themes.