Son yeniləmə: 11 Oktyabr 2024 15:31
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilirin müəllifi olduğu “Çıkış yolu” kitabı işıq üzü görüb.
Bu barədə müəllif özü məlumat verib.
A.C.İşbilir, bu araşdırmanın geosiyasi transformasiyanın qanlı nöqtələri olan Suriya və Yəmən hadisələrindən başlayaraq, İslam dünyası üçün sivil sülh formulunun axtarışına və bu dilemmadan çıxış yolunun tapılmasına töhfə vermək məqsədini güddüyünü bildirib: “Kitab münaqişələrdən tükənmiş coğrafiyaların uşaqları üçün sülh bəhrəsini verəcək zeytun ağacının əkilməsi məqsədi daşıyır. Bu kitabı son 20 ildə araşdırdıq və dostlarımızın və tələbələrimizin dəstəyi ilə ərsəyə gətirdik”.
Müşavir, kitabın hazırlanmasında əməyi keçənlərə də təşəkkür edib: “Divan Araşdırma və Təhsil Dərnəyinin sədri cənab Sinan Çelikkola, Erzurum Böyükşəhər Bələdiyyəsinin başçısı cənab Mehmet Sekmenə, EBB Mədəniyyət İdarəsinin rəisi cənab Ergün Engin və digər şəxslərə, o cümlədən ənməyi olan elm adamlarına verdikləri dəyər və əhəmiyyətə görə təşəkkür edirəm”.
Açıqlamasında kitabın ön sözünü Bakıda yazdığını qeyd edən Dr. Alptekin Cihangir İşbilir, artıq Azərbaycan və Türkiyə üçün yeni əsərlər yazmağa başladığını vurğulayıb.