Press "Enter" to skip to content

Nazir müavini Şuşa, Xankəndi və Xocalı məktəblərində

Nazir müavini məktəbdə

BAYRAQDAR MEDİA – Oktyabrın 10-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək olub. Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub”.

F.Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.

Mission News Theme by Compete Themes.