Press "Enter" to skip to content

İnformasiya təhlükəsizliyi və peşəkarlıq müzakirə ediləcək

Azərbaycan Mətbuat Şurası

BAYRAQDAR MEDİA – Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək toplantı saat 11.00-da işinə başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.

Bildirilir ki, “MŞ İdarə Heyəti üzvləri, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, media subyeklərinin baş redaktorlarının qatılacağı konfransda siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu, dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər – inzibati və hüquqi modellər, Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, sosial media ilə rəqabətdə mediadan gözləntilər, ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi mövzularında çıxışlar və təqdimatlar nəzərdə tutulub”.

O da qeyd edilir ki, “tədbirdə qoyulan mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda, həmçinin Azərbaycan mediasına zəruri mesajların əksini tapacağı tövsiyə mətninin də açıqlanacağı planlaşdırılıb”.

Mission News Theme by Compete Themes.