BAYRAQDAR MEDİA – Molların idarə etdiyi İranda 15 yaşlı qızların dünyaya uşaq gətirməsinə icazə verilib.
Bu haqda xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, “İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi dünən bildirib ki, ölkədə hamiləlik üçün yaş həddi aradan qaldırılıb. O, bundan öncə tibbi kitablarda azyaşlı qızlar üçün istifadə edilən “yüksək riskli hamilə analar” ifadəsinin çıxarılaraq “xüsusi qayğıya ehtiyacı olan” analar ifadəsi ilə dəyişdiriləcəyini vurğulayıb”.
O da qeyd edilir ki, Əlirza Rəisinin sözlərinə görə, “artıq ölkədə hamiləliklə bağlı yaş həddi 15-49 arasıdır. İran rəsmisi gənclərin evlənməsi üçün xüsusi ödənişlərin də nəzərdə tutulduğunu qeyd edib”.