Son yeniləmə: 9 Oktyabr 2024 13:17
BAYRAQDAR MEDİA – Türkiyənin Milli Təhsil Nazirliyinin həyata keçirdiyi “Maziden Atiye Ahlat” layihəsi çərçivəsində Eskişehirdən daha bir qrup şagird Ahlata yola salınıb.
Bu barədə eskisehirhaber.com saytı məlumat verib.
Bildirilib ki, “Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində şagirdlər Anadoluya açılan qapı kimi tanınan və Kubbetül-İslam titulu daşıyan üç şəhərdən biri olan Ahlata getmək üçün yola düşüblər. Bir həftəlik düşərgə proqramı çərçivəsində Cümhurbaşqanlığı Ahlat Kompleksində qalacaq şagirdlər bölgənin tarixi, mədəniyyəti və sivilizasiya irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”.