Press "Enter" to skip to content

Halal Business Forumda MÜSİAD Azərbaycan rüzgarı

MÜSİAD Azərbaycan stendi önündə xatirə fotosu

Son yeniləmə: 9 Oktyabr 2024 10:21

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, 8-9 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Iteca Caspian LLC təşkilatçılığı ilə Azerbaijan Halal Business Forum – AZHAB Forum keçirilir.

Dünyanın diqqətində olan daha bir tədbir

Məlumata əsasən, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbir, “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.

Forumun açılışı zamanı
Forumun açılışı zamanı

Bu arada qeyd edək ki, dünyanın diqqətində olan forumda MÜSİAD Azərbaycan stendi də yer almaqdadır.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Forumda MÜSİAD Azərbaycan stendi də yer alır

Məlumatda deyilir: “Üzvlərimizdən Polymart MMC, Hazel Chocolate MMC, Euroclima MMC, Sobsan Boya, AtaPack MMC və №1 Çörək Zavodu şirkətləri bu stenddə yer alır. Forumun ilk hissəsində rəsmilərin də qatıldığı panel müzakirələri olmuşdur. Daha sonra stend ziyarətləri həyata keçirilmişdir”.

Forum iştirakçıları MÜSİAD Azərbaycan stendi ilə tanış olurlar
Forum iştirakçıları MÜSİAD Azərbaycan stendi ilə tanış olurlar

Məlumatda bildirilir ki, “MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və qurumun üzvləri tərəfindən ilk öncə MÜSİAD Azərbaycan stendi, daha sonra isə digər stendlər ziyarət olunub.

Qeyd edək ki, Rəşad Cabirli bununla bağlı öz sosial şəbəkə hesabından paylaşım da edib.

Məqsəd Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir

Yeri gəlmişkən, təşkilatçılardan verilən məlumata görə, iki gün davam edən forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlığın qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir: “Ümumilikdə, forumda dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edir”.

Mission News Theme by Compete Themes.