Press "Enter" to skip to content

Əməkdar incəsənət xadimi məktəblilərlə görüşəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 9 Oktyabr 2024 10:48

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “görüş oktyabrın 10-da paytaxtdakı 161 nömrəli tam orta məktəbdə olacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olacaq”.

Məlumata görə, görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.