Press "Enter" to skip to content

BDU beynəlxalq nəticələrə görə ölkədə liderdir

BDU öndədir

BAYRAQDAR MEDİA – Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” (THE) 2025-ci il üçün dünyanın ən yaxşı universitetlərinin (“World University Rankings 2025”) reytinq siyahısını açıqlayıb. Dərc olunan siyahıda Bakı Dövlət Universiteti (BDU) də yer alıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Dünyada 2092, Azərbaycandan isə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi siyahıda 1501+ diapazonunda qərarlaşan BDU ölkədə liderdir. Qeyd edək ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin “İxtisasların Reytinqi” (“Subject Rankings 2024”) siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir”.

Daha sonra xəbərdə, “nüfuzlu THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. THE dünya universitetlərinin və ixtisaslarının reytinqini tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarlar əsasında qiymətləndirir” deyə qeyd olunur.

BDU bu il ilk dəfə “World University Rankings 2025” siyahısına daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) təbrik edib və gələcəkdə qeyd olunan reytinq siyahısında Azərbaycanı təmsil edən ali təhsil müəssisələrinin sayının artmasını arzulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.