Press "Enter" to skip to content

57 ölkədə 719 seçki qutusu açılacaq

Bolqarıstan MSK

BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 27-də keçiriləcək növbədənkənar parlament seçkilərində 57 ölkədə 719 seçki qutusu açılacaq.

Radio Bolqarıstan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Tvetozar Tomov bildirib: “O, qeyd edib ki, bütün dünya üzrə diplomatik və konsulluq nümayəndəliklərinin göstərişi ilə xaricdə seçki mərkəzlərinin açılması müddəti oktybarın 8-də başa çatıb. Seçkilər zamanı 53 ölkədə 719 seçki mərkəzi açılacaq”.

Məlumata görə, seçkilərdə iştirak etmək üçün xaricdə yaşayan Bolqarıstan vətəndaşlarından 30 min 689 müraciət edilib “Bu rəqəm əvvəlki seçkilərlə müqayisədə azdır. T.Tomovun sözlərinə görə, bu tendensiya həm ölkə daxilində, həm də xaricdə seçkilərdə iştirak nisbətinin azalmasından irəli gəlir. Bəzi yerlərdə müraciətlərin sayı 100-ü keçmədiyi üçün qutunu açmaq mümkün olmayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.