Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcmasından etiraz bəyanatı

Qərbi Azərbaycan İcması. Bakı

Son yeniləmə: 8 Oktyabr 2024 11:37

BAYRAQDAR MEDİA – “COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı təzyiqləri və hücumları daha da güclənməkdədir. Amnesty International və Human Rights Watch təşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.

Bəyanatda daha sonra deyilir: “Bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumlarıölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın Amnesty International və Human Rights Watch-a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar Amnesty International və Human Rights Watch-un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir”.

“Biz Amnesty International və Human Rights Watch-un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq” deyə bəyanatda daha sonra qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.