Press "Enter" to skip to content

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırılıb

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 8 Oktyabr 2024 13:32

BAYRAQDAR MEDİA – Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” böyük maraqla davam edənKudos intellektual-əyləncəli quiz oyunlarının 4-cü mövsümünün finalçılarının mükafatlandırılmasına dəstək olub.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, 300-ə yaxın komandanın iştirak etdiyi yarışmanın bu mövsümündə “Nar” qalib olan komandaları təbrik edərək onlara xüsusi hədiyyələr təqdim edib.

Qeyd olunub ki, “Nar” ölkədə intellektual oyunları dəstəkləyərək gənclərin bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirir: “Mobil operatorun korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri təhsilin və intellektual fəaliyyətlərin təşviqi ilə cəmiyyətin intellektual potensialını gücləndirməkdir.“Nar”ın bu istiqamətdə həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə edə bilərsiniz”.

Mission News Theme by Compete Themes.