Son yeniləmə: 8 Oktyabr 2024 10:29
BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi təhsildə bərabər imkanlar təmin edərək bakalavr dərəci üzrə təhsil alan tələbələrə dəstək olmaq üçün təqaüdlər verməyə başlayır.
Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.
Məlumata əsasən, Eskişehir Böyükşəhər Bələdiyyəsi, bakalavr təhsilini davam etdirən ehtiyacı olan tələbələrə dəstək olmaq üçün əhəmiyyətli bir aksiyaya başlayıb: “Yılmaz Büyükerşen Mum Heykəllər Muzeyinin gəlirindən istifadə edərək, oktyabr-iyun ayları arasında ehtiyacı olan seçilmiş tələbələrə aylıq 2000 TL təqaüd ödəniləcək. Eskişehir Böyükşəhər Bələdiyyəsi təqaüd müraciətlərinin qiymətləndirilməsi üçün bəzi şərtlər müəyyən edib. Ərizəçilər Türkiyə vətəndaş olmalı, yaşı 25-dən az olmalı və Eskişehirdə dövlət universitetində bakalavr təhsili almalıdır”.
Məlumata görə, ailələri Eskişehirdə yaşayan tələbələrin təqaüd üçün müraciət etmələri üçün Türkiyənin istənilən dövlət və ya tam təqaüdlü vəqf universitetində bakalavr təhsili almaq hüququ olmalıdır.