BAYRAQDAR MEDİA – Oktyabrın 10-u saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Əntiq əşyaların ekspertizası” adlı mühazirə keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Mühazirə AMİM-nin Fond şöbəsinin Rəngkarlıq bölməsinin böyük elmi işçisi Aynur Ağayeva tərəfindən təqdim olunacaq.
Bildirək ki, mühazirəyə giriş sərbəstdir.