Press "Enter" to skip to content

Daha bir festival

Son yeniləmə: 8 Oktyabr 2024 11:27

BAYRAQDAR MEDİA – Dodurğa Yarışma və Həmrəylik Dərnəyinin (DOY-DER) Denizlidə ənənəvi olaraq təşkil etdiyi tarhana festivalına hazırlıqlar başlayıb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “Dərnəyin binası önündə keçirilən tədbirdə vətəndaşlara və qonaqlara böyük qazanlarda hazırlanan min nəfərlik tarhana süfrəyə verilib. Festivalın üçüncüsü 20 oktyabr bazar günü keçiriləcək”.

Məlumata görə, Kayhan məhəlləsindəki dərnək binası qarşısında təşkil edilən tədbirdə Dodurğa Yarışma və Həmrəylik Dərnəyi sədri Yüksel Şan və dərnək üzvlərinin səliqə ilə hazırladığı top tarhanası yağ, bəkməz və qatıq müşayiəti ilə vətəndaşlara təqdim edilib: “Yüksel Şan bildirib ki, bu tədbirin məqsədi festivala diqqət çəkmək və Dodurga tarhananı təbliğ etməkdir”.

Mission News Theme by Compete Themes.