Press "Enter" to skip to content

Çinli alimlər MEK-də

Qonaqlarla xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü Prof. Li Lei, Baş katibliyin icraçı müavini Prof. Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüşdə MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, Dos. Ağahüseyn Şükürov və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər. O.Quliyev MEK-in fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, hazırda MEK 46 ölkənin 127 təşkilatı, 80 elmi jurnalı, Azərbaycandakı bir sıra səfirliklər, Azərbaycanın xaricdəki səfirlikləri ilə əməkdaşlıq edir. Çin Milli Kitabxanası ilə əməkdaşlığın önəmi vurğulanaraq ədəbiyyatların, mənbələrin elektron versiyada MEK-ə göndərilməsinin əhəmiyyətinə də toxunulub”.

Çinli alimlər daha sonra MEK-in fondları, elektron kitabxanası ilə yaxından tanış olublar, sərgilərə baxış keçiriblər. Azərbaycan kitabxanalarındakı XVI əsrə aid ən qədim kitab nüsxəsinin məhz burada mühafizə edilməsi, digər tarixi nəşrlər, o cümlədən çin dilində olan ədəbiyyatlar qonaqların marağına səbəb olub.

Mission News Theme by Compete Themes.