Press "Enter" to skip to content

9 ayda dörd min səkkiz yüzdən çox zəng

Son yeniləmə: 8 Oktyabr 2024 15:09

BAYRAQDAR MEDİA – 2024-cü ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 4 min 825 zəng qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “daxil olan zənglərin 4 min 140-ı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 310-u təşəkkür xarakterli, 375-i isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.

Mission News Theme by Compete Themes.