Press "Enter" to skip to content

“Tullantıları hədiyyələrə dəyiş” festivalı Xətaidə

Tullantıları dəyiş

BAYRAQDAR MEDİA – “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir k, “festival çərçivəsində vətəndaşlar ümumi tutumu 3 min 483 litr olan plastik, 495 litr olan şüşə və 479 ədəd işlənmiş batareya təhvil verərək əvəzində kitab, ekoçanta, məktəb ləvazimatları və digər müxtəlif hədiyyələr əldə ediblər. Tədbir zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekoçantalar üzərində rəsmlər çəkilib”.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, tullantıların düzgün idarə olunmasını stimullaşdırmaq məqsədi ilə təşkil olunub.

Qeyd edək ki, payız əkin mövsümündə “Tullantıları tinglərə dəyiş” aksiyası yenidən başlayacaq. Bu barədə elan öncədən Nazirliyin sosial şəbəkə hesablarında və rəsmi saytında paylaşılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.