Press "Enter" to skip to content

Qubada sahibkarlarla görüş olacaq

Son yeniləmə: 7 Oktyabr 2024 10:27

Görüş çərçivəsində “Quba İş Adamlarına Dəstək” platformasının təqdimatı da keçiriləcək

BAYRAQDAR MEDİA – Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, həmçinin “Regionların sosial-iqtisadı inkişafı” dövlət proqramı çərçivəsində atılan addımlar öz bəhrəsini verib. Məhz bunun nəticədir ki, Azərbaycanın hər regionunda münbit biznes mühiti formalaşıb. Bu isə öz növbəsində regionlarda iş adamlarının fəaliyyətinin daha da inkişafıan təkan verir.

Regionlarda iş adamlarına dəstək üçün mühüm addım

Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, bu məsələdə dövlətlə yanaşı ayrı-ayrı qurum və birliklərin də addım atması önəmlidir. Elə yenicə formalaşan “Quba İş Adamlarına Dəstək” (QİAD) birliyi də bu istiqamətdə görülən işlərə dəstək verməyi, bölgədə iqtisadi tərəqqinin dəstəklənməsi, ticarətin artırlması, investisiyaların cəlb olunması üçün səy göstərməyi, sahibkarlara dəstək olmağı hədəfləyir.

Yeri gəlmişkən, oktyabrın 25-də “Quba İş Adamlarına Dəstək” platformasının təşkilatçılığı, “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı, “MÜSİAD Azerbaycan”, “Founder Club”ın təşkilati dəstəyi və “Şahdağ Quba Otel”in baş sponsorluğu ilə Qubada Sahibkarlarla görüş olacaq. Həmin görüş çərçivəsində “Quba İş Adamlarına Dəstək” platformasının təqdimatı da keçiriləcəkdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya QİAD-dan məlumat verilib.

Bildirilib ki, “görüş bölgədə iqtisadi tərəqqini dəstəkləməklə sahibkarlığın inkişafına töhfə vermək, ticarətin artırlması, investisiyaların cəlb olunması məqsədi daşıyır”.

Mission News Theme by Compete Themes.