Press "Enter" to skip to content

Onların diplomları tanınmadı…

Təhsildə Keyfiyyət Təminatı Agentliyi

Son yeniləmə: 7 Oktyabr 2024 13:53

BAYRAQDAR MEDİA – Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu haqda Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb”.

Sonra xəbərdə, “ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyənin 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 4, Niderland Krallığından 4, Çindən 3, İrandan 3, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən 3, Latviyadan 3, Qazaxıstandan 3, Bolqarıstandan 1, Çexiyada 1, Fransadan 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur” deyə qeyd edilir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.

Mission News Theme by Compete Themes.