Press "Enter" to skip to content

Musiqi sədaları altında səsvermə

Səsvermə prosesindən fotolar

Son yeniləmə: 7 Oktyabr 2024 09:23

Bakıdakı seçki məntəqəsi Qazax Kamera Xorunun iştirakı ilə açılıb

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, oktyabrın 6-da Qazaxıstanda AES tikintisi məsələsi ilə əlaqədar referendum keçirilib. Həmin referendumla bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyi yanında seçki məntəqəsi Q.Jubanova adına Aktyubinsk Kamera Xorunun ifasında Qazaxıstan Respublikasının dövlət himinin səsləndirilməsi ilə öz işinə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, “xorun kollektivi Bakıya XVI əsrin məşhur şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş qastrolla təşrif buyurublar. Bakıdakı Qazaxıstanlılar ölkə üçün vacib olan bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyan ilk vətəndaşlardan biri oldular”.

“Bu gün tarixi əhəmiyyətli bir gündür. Q.Jubanova adına Akyubinsk Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun kollektivi Azərbaycanda ezamiyyətdə olmasına baxmayaraq, Qazaxıstan Respublikasının Səfirliyinə gəlib və referendumda iştirak edib. Mən öz seçimimi etdim və ölkənin gələcəyinə səs verdim”, – deyə, xorun dirijoru Merbol Kuspanov bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.