Press "Enter" to skip to content

Hasan Turan Kərkük Əməliyyatlar Komandanı ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 7 Oktyabr 2024 11:28

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan Kərkük əməliyyatları komandanı general-mayor Salih Herz ilə görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “görüş zamanı vilayətin təhlükəsizlik vəziyyəti və üzləşdiyi problemlər müzakirə olunub. H.Turan sabitliyin təmin edilməsi və vətəndaşların müdafiəsi üçün təhlükəsizlik qüvvələrinin dəstəklənməsinin, səylərin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin sosial sülhün qorunmasının və təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, şəhərin təhlükəsizliyinin İraqın ümumi sabitliyinin əsasını təşkil etdiyini, vətəndaşların müdafiəsinin artırılmasına yönəlmiş təhlükəsizlik planlarının həyata keçirildiyini deyib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.